Avanqard

İsa Hüseynovun yeni povestləri çap olunacaq

01/10/2013

“İsa Hüseynovun 4 povesti çapdan çıxacaq”


Bu barədə xalq yazıçısının ömür-gün yoldaşı Firuzə Hüseynova məlumat verib. Onun sözlərinə görə, həmin povestlərin aqibəti İ.Hüseynovu xəstə halında belə narahat edir:

“Bütün günü “görəsən povestlərdən xəbər varmı” deyib dururdu. Hələ o halında “Mənim məhəbbətim” adlı əsəri yazmağa başladı . Əsərin bir səhifəsini yazdı, gözlərinin ağrısından yarımçıq qaldı. İndi deyir ki, onu tamamlamalıdır”.

F.Hüseynova bildirib ki, hazırda İsa Hüseynov özünü yaxşı hiss edir. /aznews.az/

Digər Məqalələr