Heminqueyin “Qadınsız kişilər” kitabı nəşr edilib
04/02/2015
“Tərcümə Mərkəzinin kitabları” seriyasından olan növbəti nəşri – Ernest Heminqueyin “Qadınsız kişilər” kitabı işıq üzü gördü.
Azərbaycan Tərcümə Mərkəzinin bədii ədəbiyyat həvəskarlarına təqdim etdiyi əsərlər toplusu Heminqueyin müxtəlif dövrlərdə qələmə aldığı hadisələri, Birinci və İkinci Cahan savaşları arasındakı tarixi mərhələnin mənzərələrini əks etdirir.
Topluya yazıçının “Qadınsız kişilər” hekayələr silsiləsi ilə yanaşı, “Ya var, ya yox” romanı, həmçinin, Afrika mövzusunda yazılmış məşhur “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayələri də daxil edilib.
Kitabın tərcüməçisi Mahir N. Qarayevdir.
Artpress.az

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48