Avanqard

Güntay Gencalp Bayındırın "Nadir Şah Avşar" kitabı çap olunub

10/09/2018

Alatoran Yayınlarından Güntay Gencalp Bayındırın "Nadir Şah Avşar" kitabı nəşr olunub.
Kitab Avşar imperiyasının qurcusu Nadir Şahın meydana çıxşını, yüksəlişini və dövlət başçısı olma macəralarını qaynaqlara dayanaraq anlatmaqdadır. Avşar boyundan bir gənc olan Nadir heç bir xarici dəstək almadan inanılmaz sürətlə aşağıdan dövlətin təpəsinə doğru yüksələr. Səfəvilər sarayı əfqanlar tərəfindən işğal edilmişdir. Ölkə pərişan bir halda qurtarıcı gözləməkdədir. Tam bu gözləntiyə cavab olaraq Oğuz-Avşar boyundan Nadir adlı bir qəhrəman ortaya çıxar. Öncə avşarları öz ətrafında birləşdirib əfqanlara hücum edər. Ölkəni azad etdikdən sonra Səfəvi dövlətini ləğv edib böyük Muğan Qurultayında Avşar dövlətinin qurulduğunu bəyan edər. Daha sonra dini reformlara imza atar. Ayrıca, kitab o dövr tarixinə fərqli baxış bucağını da içərməkdədir.

550 səhifəlik "Nadir Şah Avşar"ın qiyməti 12 azn-dir.

Digər Məqalələr