Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
12/02/2021
“Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaq və ya bu linkə daxil olaraq 1 və ya 2 əsərin fotosunu göndərməklə qeydiyyatdan keçmək tələb olunur.
Müsabiqəyə əsər qəbulu martın 2-dək davam edəcək.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib