Avanqard

Firuz  Mustafanın yeni hekayələr kitabı çap olunub

18/03/2014

Firuz Mustafanın imzası geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun indiyəcən 30-dan çox kitabı nəşr olunmuş, dövlət teatrlarında onlarla pyesinə quruluş verilmişdir.

“Zero” nəşriyyarının “Cib kitabı” seriyasından çap etdiyi növbəti kitabda yazıçının müxtəlif  illərdə qələmə aldığı hekayələr toplanıb.

Firuz Mustafanın qəhrəmanları zahirən bizim günlərin adi insanlarıdır. Lakin bu “adi” insanlar həyatda tez-tez ən qeyri-adi, gözlənilməz situasiyalarla üzləşirlər. Onları addımbaadım həyatın isti-soyuğu, ağrı-acısı, sevinci-kədəri təqib edir.

Firuz Mustafanın hekayələri öz dərin psixologizmi və zərif lirizmi ilə seçilir. Biz əminik ki, “Ölü dildə sevgi məktubları” məcmuəsində toplanmış bu hekayələr oxucularımızın marağına səbəb olacaq.

Digər Məqalələr