“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
08/08/2020
2021-ci ildə ABŞ-da “Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası – “American Song Contest” keçiriləcək.
Bu barədə Avropa Yayım Birliyi (AYB) məlumat yayıb.
Bildirilib ki, “American Song Contest” mahnı müsabiqəsində ölkənin müxtəlif ştatlarını təmsil edən musiqiçilər bir araya gələcəklər. Seçim turlarından sonra yarımfinal keçiriləcək, müsabiqə isə böyük finalla başa çatacaq.
“Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Martin Osterdalın sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinin böyük populyarlıq qazanmasının səbəbi 65 illik tarixə söykənir və onun nüfuzu hələ də artmaqda davam edir. İndi isə bu cür tədbirin Amerikada keçirilməsinin tam zamanı yetişib. O vurğulayıb ki, musiqiyə olan sevgi dünyəvidir və o, insanları birləşdirmək üçün bütün sərhədləri aşmaq iqtidarındadır.
AYB-nin məlumatında, həmçinin qeyd olunub ki, “American Song Contest” mahnı müsabiqəsi keçirilməzdən əvvəl ölkədə akademiya yaradılacaq. Burada peşəkar musiqiçilərdən ibarət məsləhətçi qrup fəaliyyət göstərəcək. Ölkənin ən tanınmış artistləri və məşhur ifaçılar münsiflər heyətini formalaşdıracaq. Bu münsiflər heyəti auditoriya ilə birlikdə ölkənin 50 ştatından istedadlı insanları tapıb seçəcək. Seçilənlər sırasında həm solo ifaçılar, duetlər, həm də maksimum 6 nəfərdən ibarət musiqi qrupları olacaq. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib