Elza İbrahimovanın mahnılarından ibarət konsert keçiriləcək
27/10/2017
Noyabrın 28-də Heydər Əliyev Sarayında sevilən mahnıların müəllifi, xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm" adlı konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə xalq artistləri Brilliant Dadaşova, Flora Kərimova, Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aqşin Abdullayev, Almaz Orucova, İlahə Əfəndiyeva, Rəşad İlyasov, tanınmış ifaçılar Elton Hüseynəliyev, Ayaz Qasımov, Nadir Qafarzadə, Fuad Musayev, Zabitə Alıyeva, Nigar Şabanova, Vüsalə Əsgərova, Emiliya Yaqubova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Səbinə Ərəbli, Sevda Yəhyayeva, Kənan Qədimov, Ayşən Mehdiyeva və Rövşən Qəhrəmanov iştirak edəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri "www.iticket.az" saytından onlayn, şəhərin kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar. /APA/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib