Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
22/01/2018
Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək.
Yubiley gecəsində xalq artistləri, əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək. Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban Verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-80 manat təşkil edir.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib