Əlövsət Abdullayevə həsr olunan “Dil araşdırmaları” kitabı Türkiyədə nəşr olunub
29/12/2020
Dünya şöhrətli Azərbaycanlı dilçi alim, professor Əlövsət Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dil araşdırmaları” adlı kitab Türkiyədə “Sonçağ” beynəlxalq nəşriyyatı tərəfindən nəşr olunub.
Altı bölümdən ibarət olan kitabda 8 müəllifin yazısı yer alır. Kitabın elmi redaktoru Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün müdiri, həmyerlimiz dosent İlkin Qulusoydur. Dosent İlkin Qulusoy professor Əlövsət Abdullayevin Azərbaycan dilçilik elmindəki və özünün də bir dilçi kimi yetişməsindəki rolunu yüksək qiymətləndirdiyini, bu səbəbdən alimə vəfa borcunu yerinə yetirmək üçün belə bir kitabın hazırlandığını söyləyib.

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48