Avanqard

Eldar Ryazanov vəfat etdi

30/11/2015

Rusiyalı məşhur rejissor Eldar Ryazanov vəfat edib. APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, rejissor noyabrın 30-da 88 yaşında Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
 
Noyabrın 29-da E. Ryazanov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
 
Kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Samarada anadan olub. O, “Ünvansız qız”, “Qusar balladası”, “Şikayət kitabını verin”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, \"Uğur ziqzaqı\", \"Qoca quldurlar\", \"Qəribə təsadüf və ya həmişə təmizlikdə\", \"İşdə məhəbbət macərası\", \"İki nəfərlik vağzal\" filmlərini lentə alıb.

Digər Məqalələr