Elçinin əsəri Musiqili Teatrda səhnəyə qoyulacaq
05/02/2015
Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.
Bu barədə Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib.
Tamaşanın bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi isə Nofəl Vəliyevdir. Tamaşada səslənəcək mahnıların sözləri Vuqar Əbdülova məxsusdur.
Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru Xalq artisti, “Şöhrət” ordenli Cənnət xanım Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Novruz Əliyev, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaqlar. Baş qəhrəmanı – Baladadaş obrazını isə teatrın gənc və istedadlı aktyoru Elvin Əliyev ifa edəcək. /aznews.az/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib