Elçin Hüseynbəylinin yeni romanı nəşr edildi
24/11/2017
Tanınmış yazıçı Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanı “Qələm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilib.
Xəbərə görə, Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunan roman Qarabağ tarixinə, Yusif Vəzirin keşməkeşli həyatına həsr olunub və Qarabağın erməni-rus hiyləsi nəticəsində Azərbaycandan tədricən qoparılması ideyası üzərində qurulub.
Əsəri Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ dərdimizi anladan mənbə hesab etmək olar.
Kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.
“Yenə iki od arasında” romanının Bakı, Naxçıvan, Sumqayıt, Şabran, Bərdə, Yevlax, Gəncə, Oğuz, eləcə də digər bölgələrdə təqdimatı nəzərdə tutulur.
İlk təqdimat noyabrın 29-da, saat 12-də Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçiriləcək. /Kulis.az/

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48