Avanqard

Elçin Hüseynbəylinin “Azıx” romanı nəşr olunub

14/01/2014

Yazıçı Elçin Hüseynbəylinin “Azıx” romanı nəşr olunub.
 
Yazıçının verdiyi məlumata görə, “Qələm” nəşriyyatında çap olunan roman ironik üslubda qələmə alınıb, roman içində roman, yaxud roman-əfsanə kimi də oxuna bilər.
 
Əsərdə Azıxla bağlı əfsanə də paralel xətt kimi verilir.

“Vətənpərvər azərbaycanlılara həsr olunur” epiqrafı ilə başlanan əsərin girişində müəllif bunları qeyd edib: “Azıx mağarası barədə roman yazdığımı eşidən ziyalı qardaşlarımızdan biri mənə qəribə söz dedi: “Yəqin, romanda sübut edəcəksən ki, orada tapılmış alt çənə sümüyü azərbaycanlıya məxsusdur…”
Təsəvvür edirsiniz!? Eramızdan 350 min il əvvəl…özü də azərbaycanlı?..”
 
E. Hüseynbəyli deyib ki, “Azıx”ı Bakının kitab mağazalarından almaq olar. /APA/











Digər Məqalələr