COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02/07/2020
Hollivuddakı “SK Global Entertainment” şirkəti
koronavirusun Çində yayılmağa başladığı dövrə həsr olunan yeni film
üzərində çalışmağa başlayıb.
“Report” WSJ-yə istinadən xəbər verir ki, gələcək filmin ssenari müəllifi, “Böyük qısa” (“Big Short”) filminə görə 2016-cı ildə “Oskar” mükafatı alan Çarls Randolf məsələni şərh edib:
“Bu virusun yarasalarla dolu mağaradan böyük bir şəhərə necə gedib çıxması hələ uzun müddət cavab axtaracağımız bir müəmmadır. Bu film pandemiya haqqında trillerdən daha çox tibbi mövzuda dram olacaq”.
Ç.Randolf əsas diqqətin çinli həkim və tibb işçilərinin bu qorxulu xəstəliyə qarşı necə mübarizə apardıqlarına yönəltmək olduğunu qeyd edib.
Filmin çəkilişlərinə gələn il Çində başlamaq nəzərdə tutulur. “Bu məsələnin nə qədər siyasiləşdiyini unutmuruq, bununla bağlı əngəlləri dəf etməli olacağıq”, - deyə “SK Global Entertainment” şirkətinin rəhbərlərindən biri fikrini bildirib.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib