“Çölçü” bədii filmi yeni mükafatlara layiq görülüb
28/02/2019
“Çölçü” bədii filmi yeni mükafatlara layiq görülüb.
Avanqard.net-in məlumatına görə, rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən “CROWN WOOD INTERNATIONAL” Film Festivalında iştirak edərək “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülmüşdür.
Qeyd edək ki, “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunmuşdur.
Filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filmi 5 qitəni əhatə edən 44 Beynəlxalq Kino Festivalında və forumlarında iştirak etmiş, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa” və s. bir çox mükafatlar qazanmışdır.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib