Cəmşid Cəmşidovun tərcüməsində Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olundu
18/12/2018
Qanun Nəşrlər Evində tanınmış yazıçı-tərcüməçi Cəmşid Cəmşidovun tərcüməsində Rotterdamlı Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olunub.
Nəşriyyatdan Avanqard.net-ə verilən məlumata görə "Mini Klassika" seriyasından nəşr olunan kitab, bu günə qədər oxucuların ən çox maraq göstərdiyi əsərlərdəndir.
1509-cu ildə İtaliyadan İngiltərəyə dönərkən Erazmusun yol boyu qələmə aldığı kiçik bir pamflet onun ən məşhur əsərinə, vizit kartına çevrilmişdir. Bu satira sayəsində Erazmusun elmi və ədəbi fəaliyyəti geniş ictimai təqdir qazanmış, sadəcə ədəbiyyat tarixində deyil, eyni zamanda ümumi tarixdə də görkəmli yerlərdən birini tutmuşdur. Erazmus “Axmaqlığın tərifi” satirasını yaxın dostu, görkəmli ingilis humanisti Tomas Morun evində tamamlamış, kitabı ona ithaf etmiş, adını əsərində simvollaşdırmışdır. Yazıçı öz əsərini sadəcə məşğuliyyət, ədəbi əyləncə hesab etsə də, məhz “Axmağlığın tərifi” satirası onun adını Şimal İntibahının və ümumilikdə dünya ədəbiyyatının klassikləri sırasına ucaltmışdır.
Latın dilindən tərcümə edən, ön sözün və qeydlərin müəllifi: Cəmşid CƏMŞİDOVRedaktor: Zahid SARITORPAQQiymət: 4.99 AZN

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48