Cağdaş fars şeiri - Lalə Məmnun
11/02/2015
Artpress.az şağdaş fars şeirinin nümayəndəsi Lalə Məmnunun şeirlərini Elşən Böyükvəndin çevirməsində təqdim edir.
Yorğunam, bilirsən
Küləyin kürəyində yeriyərkən
Hər yolçunun çiyini bir xiyabandır.
Pəncərələr vəsvəsəsi əlindən
Daha bütün qapıları açıq qoymuşam
Dustaqlar
Özgürlüyü qonşu divarını aşmış insanların payıdır.
Bax
Qələm dodağından unudulmuşdur ağzım
Şair insan axınından dili tutulmuş kəlmələrdir
və sözün üsyan tarixini bilən
səssizlikdən savayı
eşq əruzunu pərişanlaşdırmağa
giley yoxdur şeirim rədifində.
Yorğunam, bilirsən
Küləyin kürəyində yeriyərkən
Hər yolçunun çiyini bir xiyabandır.
Pəncərələr vəsvəsəsi əlindən
Daha bütün qapıları açıq qoymuşam
Dustaqlar
Özgürlüyü qonşu divarını aşmış insanların payıdır.
Bax
Qələm dodağından unudulmuşdur ağzım
Şair insan axınından dili tutulmuş kəlmələrdir
və sözün üsyan tarixini bilən
səssizlikdən savayı
eşq əruzunu pərişanlaşdırmağa
giley yoxdur şeirim rədifində.