Avanqard

Boris Pasternak - Qış gecəsi

30/09/2015

\"Avanqard.net\" Rasət Pirisoyunun tərcüməsində Boris Pasternakın \"Qış gecəsi\" şerini təqdim edir.














Qış gecəsi

Yer üzü çovğunundu,
qarlıydı axşam,
Masada şam yanırdı,
Yanırdı  bir şam.

İşığa hücum çəkən
pərvanələr tək,
Qarı pəncərələrə
çırpırdı külək.

Şaxta  naxış salırdı
Şüşəyə müdam,
Masada şam yanırdı,
Yanırdı bir şam

Tavandakı kölgələr
Qarışmışdılar,
Qollar, qıçlar, talelər,
Sarışmışdılar..

Ağ da, boz  da itmişdi,
çovğunda tamam.
Masada şam yanırdı,
Yanırdı bir şam.

Bir cüt başmaq düşürdü,
Yerə taq-taraq,
Dona mumdan göz yaşı
tökürdü  çıraq.

Əsirdi  şama sarı
Düz küncdən külək,
Şam da qanadlanırdı,
Xaçlı  mələk tək.

Fevral  qarlı keçirdi,
Bir aydı tamam.
Masada şam yanırdı,
yanırdı bir şam.


Digər Məqalələr