Berlində rəssam Əşrəf Heybətovun “Xocalıya ədalət!” adlı sərgisi açılacaq
21/02/2017
Fevralın 25-də Berlində “Michael Schultz” qalereyasında Azərbaycanın Əməkdar Rəssamı Əşrəf Heybətovun “Xocalıya ədalət!” adlı fərdi sərgisi açılacaq.
Bu barədə məlumat “Michael Schultz” qalereyasının saytında yer alıb. Sərgi martın 18-dək davam edəcək.
Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, \"Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. O, \"Azərbaycan-Almaniya” Dostluq Cəmiyyətinin idarə heyətində də təmsil olunur.
Rəssamın işlərinin əsas mövzusu Azərbaycan və xalqımızın milli adət-ənənələridir. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib