Bakıda Emmanuil Vitorqanın yaradıcılıq gecəsi keçiriləcək
03/11/2016
Noyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Rusiyanın Xalq Artisti, məşhur teatr və kino aktyoru Emmanuil Vitorqanın yaradıcılıq gecəsi keçiriləcək.
Bu barədə filarmoniyadan məlumat verilib. Emmanuil Vitorqan 1939-cu il dekabrın 27-də Bakıda anadan olub. 100-dən çox filmdə çəkilib, Rusiyanın bir çox teatrlarında işləyib.
Emmanuil Vitorqan Azərbaycan paytaxtına tez-tez gəlir. 2015-ci ilin aprelində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində bu aktyorun iştirakı ilə “Sevgi kartı” tamaşası göstərilib. Həmin tədbirdə Emmanuil Vitorqana Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından “Azərbaycanın Fəxri Mədəniyyət İşçisi” döş nişanı təqdim edilib.../azertag.az/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib