Bakıda Beynəlxalq Novruz Festivalı keçiriləcək
16/03/2015
Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE-Bakı) Novruz bayramı münasibətilə 20-26 mart tarixləri arasında Beynəlxalq Festival həyata keçirəcək.
Tədbirdə dünyanın 30-a yaxın müxtəlif ölkələrdən dəvət olunmuş xarici qonaqlara Novruzun bayramının tarixi və Azərbaycan mədəniyyəti haqda məlumat veriləcək. Festivalın təşkil olunmasında məqsəd xarici gəncələri öz ölkəmiz və ənənələrimizlə yaxından tanış etməkdir. Məlumat üçün bildirək ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, AEGEE-Bakı birliyinin təşəbbüsü ilə Bosfor oteldə baş tutacaq .
Qeyd edək ki, EGEE-Bakı ictimai birliyi özündə Avropanın 43 ölkəsini, 240 şəhərini və 15 mindən çox gəncini birləşdirən AEGEE-Avropanın Bakıdakı yerli nümayəndəliyidir. 2004-cü ildə fəaliyyətə başlayan birlik 1500-dən çox yerli tələbələri müxtəlif layihələrə cəlb etmişdir. təşkilat fəaliyyətini ildən ilə genişləndirərək, Azərbaycan və Avropa tələbələri arasında əməkdaşlığın yaradılması və Avropa ideyalarını təbliğ etmək məqsədi ilə öz yolunda irəliləyir.
Turan İsayeva

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib