Azərbaycanı “Eurovision-2015”-də Elnur Hüseynov təmsil edəcək
16/03/2015
İctimai Televiziya bu il “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adını açıqlayıb.
Televiziyadan verilən məlumata görə, ölkəmizi müsabiqədə Elnur Hüseynov təmsil edəcək. E.Hüseynov mayın 21-də Vyanada keçiriləcək “Eurovision-2015” Mahnı Müsabiqəsinin ikinci yarım-finalında özünün mistik və müasir “Hour of the Wolf” balladasını ifa edəcək.
Qeyd edək ki, Elnur Hüseynov ikinci dəfədir “Eurovision” səhnəsinə çıxacaq. 2008-ci ildə o, Azərbaycanın müsabiqədə ilk təmsilçisi olan Elnur və Samir duetinin üzvlərindən biri idi. “Day After Day” mahnısı ilə səhnəyə çıxan duet finalda səkkizinci yerə yüksəlmişdi. Bu il fevralın 18-də isə Elnur Hüseynov beynəlxalq səs istedadları şousu - “The Voice”un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində rekorda imza ataraq bir milyondan çox səs toplayıb. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib