Azərbaycan və Özbəkistan birgə filmlər çəkəcək
16/09/2021
Daşkənddə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Özbəkistan Baş nazirinin müavini Əziz Əbduhakimov və mədəniyyət naziri Ozodbek Nazarbekovla görüşüb.
Bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.
Görüşlərdə Azərbaycan və Özbəkistan xalqlarının dərin tarixi köklərlə bir-birinə bağlı olduğu vurğulanıb, birgə tarix və ənənələrimizin ölkələrimizdə və beynəlxalq səviyyədə tanıdılması, araşdırmaçılar arasında əməkdaşlıq və digər birgə layihələr müzakirə edilib.
Həmçinin iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Abidələrin bərpası, müştərək filmlərin çəkilməsi, şəhərlərin qardaşlasması kimi məsələlər üzrə razılaşılaşdırılma aparılıb. /Report/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib