Azərbaycan Londonda beynəlxalq kitab sərgisində təmsil olunacaq
23/02/2015
Londonda keçiriləcək beynəlxalq kitab sərgisində Azərbaycan da təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, apreldə keçiriləcək sərgidə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi haqqında kitab və reklam çap məhsulları, “Hədəf” və “Qələm” nəşriyyatının məhsulları, həmçinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı broşür və bukletlər nümayiş etdiriləcək.
Kitab sərgisi nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin, birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin və eyni zamanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgidə 100-ə yaxın ölkədən 400-dən çox nəşriyyatın iştirakı planlaşdırılır.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib