Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
17/04/2019
“Balaca” qısametrajlı bədii filmi İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” müsabiqə mərhələsinə dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, film Mədəniyyət Nazirliyinin dəstəyi ilə kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən ekranlaşdırılıb.
Filmin ssenari müəllifi və rejissoru Ruslan Ağazadə, operatoru Orxan Ağazadə, rəssamı Sultan Sultanov, xətt prodüseri Azər Həsənov, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu və prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib