Azərbaycan filmi beynəlxalq film festivalında mükafatlandırıldı
27/01/2015
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasında 2014-ci ildə istehsal olunan \"Nabat\" filmi Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında beynəlxalq münsiflər heyətinin \"Xüsusi vurğulama\" mükafatına layiq görülüb.
Mükafat C.Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub. Film festivalın əsas müsabiqə proqramında yer alıb.
Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib