“Azərbaycan dilində feil” dərsliyi çapdan çıxıb
03/12/2018
Professor Buludxan Xəlilovun “Azərbaycan dilində feil” dərsliyi çapdan çıxıb.
Dərslikdə feili bir nitq hissəsi kimi səciyyələndirən xüsusiyyətlər, feilin quruluşu, lüğəvi və qrammatik məna növləri, zaman və tərz kateqoriyaları, təsriflənən və təsriflənməyən formaları, təsirli və təsirsiz feillər “Azərbaycan dilində feil” adlı seçmə fənnin proqramının tələblərinə uyğun olaraq öz əksini tapıb.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Cəfər Cəfərov, rəyçiləri isə filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədovadır.
Dərslikdən ali məktəbin tələbələri, müəllimlər və elmi işçilər faydalana bilərlər. /Azərtac/

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48