Avanqard

Aysel Əlizadənin yeni kitabı çap olunub

09/03/2013

Gənc yazar Aysel Əlizadənin  \"Təkliyə düzəliş\" adlı yeni kitabı çap olunub.

Müəllifin yeni  kitabı belə başlayır \"Başlayaq…\"

“O vaxt qarşıdan gəlirdi sənsizlik”, onu hələ ötüb keçməmişdik.  “İndi hər gün geridə qalır”.  Geridə qalmağına qalır, amma “azalmır sənsizlik, azalmır”.

“Mistik və izahsız olmazlar yaxamızı buraxmır”. Əs­lində, izahsız da deyil, “olanlardan” fərqli, bütün “ol­maz­lar”ın izahı var. Bəlkə əksinədi. Bütün olanların izahı var, olmazlardan fərqli…

Bütün hallarda “izah” tapmaq mümkündü. Məsələ heç bu da deyil.

Dörd tərəfdən “olar”, “olmaz”la əhatələnmiş ada­­da yaşamaq nə deməkdi? Poeziya bundan da­nışa­caq bu dəfə…

\"Qanun\" nəşriyyatnda çap olunan kitab 192 səhifədən ibarətdir. Kitabın redaktoru isə Rəbiqə Nazimqızıdır.

Avanqard.net

Digər Məqalələr