Avanqard

Aydın Dadaşov - Se­rial­la­rın və ki­no rek­la­mının ba­ni­si

13/05/2013

Qə­dim Vya­na şə­hə­rin­də za­də­gan yə­hu­di nəslin­dən olan şl­ya­pa us­ta­sı ai­lə­sin­də do­ğul­muş Erix fon Şt­ro­heym (1885-1957) im­pe­ri­ya­nın fəx­ri sa­yı­lan aka­de­mik təh­sil­li avstriya za­bi­ti­nə çev­ril­sə də, hər­bi xid­mət­dən yayınaraq Amerikaya qaçır. 1909-cu il­dən beş il ər­zin­də bü­tün Ame­ri­ka­nı gə­zə­rək qab yu­maq­dan tut­muş at əh­lil­ləş­di­rən, ye­mək­xa­na xid­mət­çi­si şe­ri­fin  kö­rmək­çi­si, əya­lət müx­bi­ri, aktyor, kas­kad­yor ki­mi ça­lış­maq­la nə­ha­yət 1914-ci il­dən Hol­li­vud­da gə­lə­cək müəl­li­mi Dg­vi­dom Qrif­fi­tin filmlərində xır­da rol­lar­da çə­kil­mək­lə in­zi­bat­çı və hərb səh­nə­lə­ri üz­rə məslə­hət­çi ki­mi ça­lı­şır. «Universal» ki­no şir­kə­tin­də özü­nün uğur­suz ni­gah­lar, ai­lə xə­ya­nə­ti, ucuz hə­yat ba­rə­də­ki sse­na­ri­si üz­rə «Gö­zü­bağ­lı ər­lər» ve­do­vil fil­mi­nə qu­ru­luş ve­rən Erix Şt­ro­heym möv­zu­nun sen­ti­men­tal­lıq­dan kə­nar cid­di, dra­ma­tik həl­li­nə nail olur.


 Bi­rin­ci dün­ya mü­ha­ri­bə­si ərə­fə­sin­də Mon­te-Kar­lo­da var­lı aş­na­la­rı­nın he­sa­bı­na ya­şa­yan, ru­hi xəs­tə qı­zı zor­la­yıb onun ata­sı tə­rə­fin­dən öl­dü­rü­lə­rək çir­ka­ba atı­lan keç­miş rus za­bi­ti, poz­ğun, fı­rıl­daq­çı Ka­ram­zin­dən bəhs edən «Sə­feh qa­dın» ad­lı üçün­cü fil­mi mət­buat qal­ma­qa­lı­na sə­bəb olur. Be­lə­lik­lə hə­ya­tın şi­rin, xoş­bəxt tə­rəf­lə­ri­ni de­yil, acı qa­ran­lıq mə­qam­la­rı­nı üzə çı­xa­ran Erix Şt­ro­heym əsas ro­lu da özü oy­na­maq­la per­so­na­jı­nı ələ sal­maq­la, nif­rət hə­də­fi­nə çe­vir­mək­lə fil­min məğ­zin­də­ki in­san­lı­ğı­nı iti­rən hərbiçilərə  və bü­töv­lük­də hər­bə qar­şı yö­nə­lən alt qat­la­rı da psi­xo­lo­ji mə­qam­lar­da üzə çı­xa­rır. Erik fon Şt­ro­hey­min yazıçı Frenk Nor­ri­sin qı­zı­lın in­san­la­rın ba­şı­na gə­tir­di­yi fə­la­kət­lər­dən bəhs edən «Mak-Tiq» ro­ma­nı əsa­sın­da qu­ru­luş ver­di­yi «Ac­göz­lük» (Greed) (1923) fil­mi ki­no ta­ri­xin­də ilk se­rial sa­yıl­dı. Qı­zı­l şaxtasında çalışan, diş həkimliyi edən Mak Ti­qin arvadına vurulan Markusun çuğulluğu ilə peşəsindən əl çəkərək içkiyə qurşanıb həyatın dibinə sürüklənməsi əsas hadisəni yaradır. Ona nifrət edən arvadını öldürərək, qızıllarla birgə aradan çıxan Mak Ti­qin Markus tərəfindən izlənilməsi, hər ikisinin aclıqdan və susuzluqdan məhv olmaları ideyanın reallaşmasına xidmət edir. İl­kin ədə­bi mən­bə­yə həs­sas­lıq­la ya­na­şan re­jis­sor ay­lar­la çə­ki­liş­lər­dən ay­rıl­ma­dan ça­lış­sa da, tə­ləb­kar­lı­ğı yük­sək ol­du­ğun­dan ən bəd­xərc, tərs və çə­tin sə­nət­kar ki­mi ad çı­xa­rır. Qı­zı­lax­ta­ran Mak Ti­qin fəa­liy­yə­ti­ni len­tə al­maq üçün çə­ki­liş qru­pu ilə Şi­ma­li Ka­li­for­ni­ya­da­kı  Kolfgkse mə­dən­lə­ri­nin üç min funt də­rin­li­yi­nə baş vu­ran re­jis­so­run əsas məq­sə­di real­lı­ğın göz­lə gö­rün­məz ça­lar­la­rı­nı əl­də et­mək idi. Ro­ma­nın tə­si­rin­dən çı­xa bil­mə­yən Erik fon Şt­ro­heym ha­di­sə­lə­ri baş ver­di­yi Ölüm Va­di­sin­də çək­mək üçün Vaşinqton Coğ­ra­fi­ya İnstitutuna mü­ra­ciət et­sə də, zə­hər­li qaz­lar if­raz edən ke­çil­məz qa­ya­lıq­lar­dan iba­rət bu ilan mə­lə­yən vəh­şi səh­ra ba­rə­də mü­fəs­səl mə­lu­mat əl­də edə bil­mə­di. La­kin sə­nət­ka­rın əsas id­dia­sı bə­dii in­for­ma­si­ya­nın ger­çək­li­yi­ni əl­də et­mək na­mi­nə ha­di­sə­lə­ri bü­tün de­tal­la­rı ilə mə­ka­nın­da len­tə kö­çür­mək idi.

Andre Ba­ze­nin: «Be­lə­lik­lə məhz Şt­ro­heym kad­rın mon­taj fəndləri he­sa­bı­na ya­ra­nan ekspressiv tə­si­rə qar­şı qə­tiy­yət­lə çı­xır. On­da­kı real­lıq özü­nü yo­rul­maz müs­tən­tiq din­dir­mə­sin­də­ki ci­na­yət­kar ki­mi hiss edir. Mi­zan­səh­nə prin­si­pi sa­də­dir; dün­ya­ya göz­lə­ri­ni di­rə­yib diq­qət­lə bax­maq ki­fa­yət­dir ki, onun əcaib­li­yi və aman­sız­lı­ğı açıl­sın» fi­kir­lə­ri us­tad sə­nət­ka­rın seç­di­yi, söy­kən­di­yi mü­şa­hi­də me­to­du­nun im­kan­la­rı­nı gös­tə­rir.  Aktyorla iş prin­si­pi­ni isə Eyzenşteyn: «Erik fon Şt­ro­hey­min unu­dul­maz fil­mi olan  «Ac­göz­lük» fil­min­də keç­miş diş hə­ki­mi ar­va­dı­nı qı­dıq­la­maq­la onun giz­lət­di­yi pul­la­rı əl­də et­mək is­tə­yir. Ya­rı ­nə­va­ziş­li qı­dıq­la­ma təd­ri­cən zor­la­ma həd­di­nə ça­tır» cüm­lə­lə­ri ilə də­yər­lən­dir­mək­lə epi­zo­dun Frenk Nor­ri­sin ro­ma­nı­na Emil Zol­ya­nın «Vəh­şi in­san» əsə­rin­dən gəl­di­yi­ni xa­tır­lat­ma­ğı da unut­mur. Çox­mil­yon­lu büd­cə he­sa­bı­na ba­şa gəl­mək­lə qırx iki­his­sə­li, sək­kiz saat­lıq qal­ma­qal­lı «Ac­göz­lük» fil­mi şir­kət sa­hib­lə­ri-pro­düs­ser­lə­rin təz­yi­qi ilə beş saa­ta en­di­ril­sə də, ki­no ta­ri­xi­nin ilk se­ria­lı sa­yıl­dı. Kinoşünas Eji Teplitsin: «Ştroheym iyirminci illər amerikasının nəhəng realisti idi. O Qrifitin yaradıcılıq me­to­dunu təkcə davamçısı olmayıb, genişləndirdi və güclü tərəf­lə­rini inkişaf etdirdi. Xarakterlərin təsvirində, daxili həyəcanların dərin­li­yinin göstərilməsində öz müəllimini ötüb keçsə də, montaj və kom­pozisiya sənətində ona çata bilmədi. Materialı qura bilmə­di­yin­dən  Ştroheym filmlərində tam metraj  çoxluğu yarandı» qənaəti dəqiqliyi ilə yadda qalır.


Çə­ki­lən xərclərin, ul­duz­la­rın iş­ti­ra­kı­nın önə çə­kil­di­yi da­vam­lı rek­lam­lar məhz ki­no­rek­lam ta­ri­xi­nin də, «Ac­göz­lük» fil­min­dən baş­lan­ma­sı­na sə­bəb ol­du. Erik fon Şt­ro­hey­min ek­ran sə­nə­ti­nə əsas töh­fə­si isə bü­tün filmlərində  ya­şa­dı­ğı dün­ya­nın real, aman­sız hə­yat tər­zi­nin ek­ran əsər­lə­ri­nə gə­ti­ril­mə­si ol­du ki, məhz bu pe­şə­kar üs­lu­bu da­vam et­di­rən Ho­lli­vud sə­nət­kar­la­rı ki­no sə­nə­ti­ni ye­ni zir­və­lə­rə qal­dı­ra bil­di­lər. Jan Re­nua­rın «Bö­yük il­lü­zi­ya» (1937) fil­min­də bi­rin­ci dün­ya mü­ha­ri­bə­sin­də fran­sız təy­ya­rə­si­ni vu­ra­raq sağ qa­lan za­bit Ma­re­şa­lı (Jan Qa­ben)  qə­rar­gah­da na­ha­ra də­vət edən  al­man təy­ya­rə­çi­si ma­yor fon Raufenştaynı oy­na­yan Şt­ro­heym  aktyor mə­ha­rə­ti gös­tə­rir. Son­ra­kı his­sə­də ar­tıq onur­ğa­sın­dan, di­zin­dən ya­ra­lan­maq­la sa­ğal­maz dər­də dü­çar ol­muş keç­miş təy­ya­rə­çi Raufenştayn hər­bi Əsir dü­şər­gə­si­nin ko­men­dan­tı ki­mi, ta­le­yi­ni sın­dır­dı­ğı fran­sız dos­tu Ma­re­şa­la söy­lə­mə­si in­sa­ni mü­na­si­bə­ti önə çək­mək­lə hər­bə nif­rət his­si­ni da­vam et­di­rir.


 Əl­li sək­kiz ya­şın­da Bil­li Uaylderin «Qa­hi­rə yo­lu­nun üs­tün­də beş məq­bə­rə» (1943) fil­min­də şi­ma­li Af­ri­ka­da­kı əmə­liy­yat­la­rı­na gö­rə səh­ra tül­kü­sü lə­qə­bi­ni qa­zan­mış feldmarşal Rom­meel ro­lu­nu mo­to­sik­let­çi ey­nə­yin­də, əlin­də qam­çı ilə Vya­na ope­ra­la­rı­nın per­so­na­jı­nın za­hi­ri gör­kə­min­də, ru­hun­da  ya­ra­dan Ştroheym hərb dün­ya­sı­nı ye­ni­dən ələ sal­dı. Bil­li Uaylderin  «San­set bul­va­rı» (1950) psi­xo­lo­ji dram fil­min­də so­nun­cu də­fə gö­rü­nən sə­nət­kar gə­rək­siz­li­yi ilə ba­rı­şa bil­mə­yən qa­rı­nın-ki­no ul­du­zu­nun xid­mə­tin­də du­ran keç­miş Ho­lli­vud re­jis­so­ru­nu, de­mək olar ki, özü­nü oy­na­yır. Pa­ris ət­ra­fın­da­kı evin­də dün­ya­sı­nı də­yiş­məz­dən əv­vəl Fran­sa­nın Fəx­ri le­gion or­de­ni­nə la­yiq gö­rü­lən Erix fon Ştroheymin ta­bu­tu­nu qa­ra­çı mu­si­qi­çi­lə­ri­nin ifa­sın­da­kı «Vya­na val­sı» müşaiyət edir­di.


 Avanqard.net

Digər Məqalələr