“Art Villa” qalereyasında “Düha” adlı portretlər sərgisi açılacaq
22/06/2015
İyunun 30-da “Art Villa” qalereyasında Rəsul Həsənovun foto-illüstrasiya üslubunda hazırladığı “Düha” adlı portretlər sərgisi açılacaq.
Sərginin kuratoru Fəridə Qarayeva AZƏRTAC-a bildirib ki, tariximizdə mühüm rol oynamış dahi şəxslərin portretlərinin yer aldığı bu layihədə portretlərlə yanaşı, obrazlar da nümayiş etdiriləcək.
Fotorealistik üslubda hazırlanan portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi yenidən oyatmağa yönəldilib.
“Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən keçiriləcək sərgi iki gün davam edəcək. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib