Avanqard

Aqata Kristi və Artur Konan Doylun kitabları çap olundu

09/07/2014

Aqata Kristi - BULUDLARIN ÜZƏRİNDƏ ÖLÜM

Aqata Kristinin «Buludların üzərində ölüm» romanı müəllifin ən maraqlı əsərlərindən biridir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası.
Oxucular Aqata Kristinin bu əsərini də sevə-sevə ­oxuyacaqlar.

Bakı, Qanun Nəşriyyatı, 2014, 276 səhifə.

Ruscadan tərcümə: Aslan Quliyev
Redaktor: Xalid Kazımlı



 
ARTUR KONAN DOYL - DÖRDLƏRIN İŞARƏSİ


Artur Konan Doylun məşhur “Dördlərin işarəsi”  detektiv romanında hadisələr, Hindistanın Aqra knyaz­lığının hakiminin cavahirat mücrüsü ətrafında cərəyan edir. Bu mücrünü Hindistanda hərbi əməliyyatlarda iştirak edən ingilis zabiti Conatan Smol yerli sakinlərlə birlikdə ələ keçirir.
Romandakı sərgüzəştli məqamlar, həyəcanlandırıcı motivlər və tanınmış xəfiyyə Şerlok Holmsun “Skotlənd Yardın” əməkdaşlarından növbəti dəfə üstünlüyü və s. rəngarəng səhnələrlə öz əksini tapır…
Artur Konan Doylun məşhur “Dördlərin işarəsi” detektiv romanı ilk dəfə 1890-cı ildə nəşr ­olunmuşdur.

Bakı, Qanun Nəşriyyatı, 2014. 184 səh.,

Ruscadan tərcümə: Samir Bulut
Redaktor: Rövşən Ağayev

Digər Məqalələr