Avanqard

Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib

21/03/2020

"Qanun" nəşrlər evində məşhur italyan yazıçısı Antonio Tabukkinin (1943-2012) “İzabel üçün. Mandala” romanı çap edilib.
Əsər dün­­ya şöhrətli yazıçının sonuncu əsəridir və ölü­mün­dən sonra çap olunub. Romanda İzabel adlı itmiş portu­qaliyalı qadınla onun axtarışında olan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayətindən bəhs edilir. Dünyasını dəyişmiş Tadeuş Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından qayıdaraq bir vaxtlar sevdiyi İzabelin axtarışına çıxır.

Bu sirli səyahətdən bəhs edən metafizik roman marağınıza səbəb olacaq.

“İzabel üçün. Mandala” romanını italyan dilindən tanınmış yazıçı və tərcüməçi Cəmşid Cəmşidov tərcümə edib.

Digər Məqalələr