Alimlər Misir mumiyalarının sirrini aşkar ediblər
11/01/2019
İspaniyanın Milli Arxeologiya Muzeyi burada saxlanılan qədim Misir mumiyalarının skanlanmasının nəticələrini açıqlayıb. “El Pais” qəzetinin məlumatına görə, mumiyalar 2016-cı ildə ekspertizaya göndərilib. O zaman tədqiqatçılar dörd eksponatı 15 saat müddətinə götürüblər ki, muzeyə gələnlər kolleksiyadan nəyinsə yoxa çıxdığını hiss etməsinlər.
Mumiyaları həkimlərin diaqnoz qoyduqları cihazlarla yoxlayıblar. Ən müəmmalı mumiyalardan birinin sirri açılıb. Həmin mumiyanı 1925-ci ildə Qahirədə alim İqnasio Bauer əldə edib və Barselonaya aparıb. İndiyədək mumiyanın qadına məxsus olduğu güman edilib. Tomoqrafik analiz nəticəsində məlum olub ki, cəvahiratla örtülmüş mumiya əslində kişiyə aid olub. Tədqiqatçıların fikrincə, bu, Nespamed adlı kahinə məxsusdur. O, həmçinin firon II Ptolomeyin göz həkimi olub.
Tədqiqatçıların fikrincə, Nespomed çox zəngin olub. /Azərtac/

Digər Məqalələr
2025-10-23 10:30:11
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
2024-03-06 14:56:50
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
2021-12-20 06:49:22
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib