Alexandro Sambra və Maksans Ferminin romanları çap olunub
20/07/2017
Alexandro Sambranın “Evə qayıtmağın yolları” və Maksans Ferminin “Qar” romanları Çardaq yayınlarında çap olunub.
Müasir Çili yazıçısı Alexandro Sambra 1975-ci ildə Çilinin paytaxtı Santyaqoda anadan olub. Avtobioqrafik notlarla zəngin olan “Evə qayıtmağın yolları” romanı müəllifin üçüncü romanıdır.
Maksans Ferminsə 1968-ci ildə Fransanın Arbelvil şəhərində doğulub. 1999-cu ildə yazdığı “Qar” adlı birinci romanı ona ölkəsində və bir çox başqa ölkələrdə şöhrət qazandırıb, ömür yolunu müəyyənləşdirib.
Hər iki müəllif birinci dəfə dilimizə tərcümə olunur.
Kitabları Bakumoz, Kitabevim, Bookzone, Kitabal mağazalarından əldə etmək olar. Sambranın kitabını alana Ferminin kitabı hədiyyə olunacaq. Hər romanı dilimizə gənc yazar Həmid Piriyev tərcümə edib.
Avanqard.net

Digər Məqalələr
2022-11-13 12:29:32
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
2022-10-27 02:50:48