Akif Abbasovun “Samsundan başlanan yol” romanı çap olundu
15/11/2012
Kitaba “Samsundan başlanan yol” romanı və “Atatürk” pyesi daxil edilib. İstər romanda, istərsə də pyesdə heyrətamiz şəxsiyyət və sərkərdə, qibtə doğuracaq siyasət və dövlət xadimi, türk dünyasının fəxri və milli iftixarı, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən, onun başçılığı altında aparılan milli azadlıq hərəkatından, müstəqil və azad Türkiyə uğrunda xarıcı və daxili düşmənlərə qarşı mübarizəsindən söz açılır.
Müəllifin hər iki bədii yaradıcılıq məhsulunda milli ordu quruculuğu məsələləri, birinci və ikinci İnönü döyüşləri, Sakarya Meydan müharibəsi, Böyük türk hücumu, İzmirin yunanlardan azad olunması və s. bu kimi məsələlər parlaq boyalarla təsvir olunub.
Romanda, eyni zamanda Atatrürkün uşaqlıq illəri, uşaqların və mənəvi övladlarının əhatəsində yaşanan sevincli anları işıqlandırılıb.
“Atatürk” pyesi “Samsundan başlanan yol” romanının motivləri və materialları əsasında işlənib. Pyesdə Atatürkün silahdaşları Fevzi Çakmak paşanın, İsmət İnönünün, Rüfət və Dərviş paşaların, baş yavər Salih Bozokun, vətənpərvər türk qızı Aydanın, Azərbaycandan Türkiyədəki milli qurtuluş hərəkatına qoşulan Fərhad, Azər və Baycanın yaddaqalan obrazları verilmiş, həmçinin Levon və Sərkis kimi xəyanətkar ermənilər, Çərkəz Ədhəm kimi daxili düşmən, yunan generalı Papulas təsvir olunmuşdur. Pyesdə yunan generalları Trokopis və Diyenisin əsir düşmə səhnələri ilə də tanış olmaq mümkündür.
Kitabın redaktoru şair Ənvər Əhməddir.
Avanqard.net
Digər Məqalələr
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi