Avanqard

Zakir Sadatlı da qalmaqallı müsabiqədən imtina etdi

23/01/2013

Tanınmış yazıçı Zakir Sadatlı Ədəbiyyat Müsabiqəsindən imtina etdi.

Bu barədə Lent.az-a yazarın özü məlumat verib. Z.Sadatlı bildirib ki, münsiflər heyətindəki son dəyişiklik, orada baş verən təbəddülatlar, mətbuatda yayılan bəzi açıqlamalar və ədəbi ictimaiyyət arasında dolaşan söz-söhbətlər müsabiqənin obyektiv keçiriləcəyinə və ədalətli seçim olacağına heç bir ümid yeri qoymur: "Bunu nəzərə alaraq, müsabiqənin son mərhələsindən imtina etdim”.

 

Xatırladaq ki, Zakir Sadatlının Ədəbiyyat Müsabiqəsinə təqdim etdiyi “Əfqanıstan uçurumu” romanı nəsr nominasiyasında növbəti tura adlayan 7 əsərdən biridir.   

Digər Məqalələr