Avanqard

Yazıçı "Baş rolda mən" filminə çəkilir - FOTOLAR

27/05/2013

Gənc yazar Cəlil Cavanşirin və rejissor Orxan Əlinin ssenarisi əsasında "Baş rolda mən" adlı filmin çəkilişləri başlayıb. Bakının müxtəlif məkanlarında çəkilməsi nəzərdə tutulan filmin yaradıcı kollektivi əsasən gənclərdən ibarətdir. Filmin quruluşçu rejissoru Orxan Əli, rejissoru Elçin İbrahimov, rejissor assistenti Səbuhi Tağzadə, operatoru Emin Şahverdizadədəir. Baş rollarda Nura Adıgözəlli, Aysel Sadıqova, Vasim Seyfullayev, Cəlil Cavanşir çəkiləcəklər.
Orxan Əlinin verdiyi məlumata görə filmin oktyabr ayında hazır olacağı gözlənilir: "Yaradıcı kollektivimiz çox fədakardır. Ancaq maliyyə sıxıntılarına görə ardıcıl işləyə bilmirik. İlkin çəkilişlərimiz çox uğurlu alındı. Ümid edirəm ki, kollektivimizlə birlikdə uğurlu bir film ərsəyə gətirə biləcəyik. "
Filmin ssenari müəllifi Cəlil Cavanşir də filmlə bağlı fikirlərini bölüşüb: "Orxan Əli gənc və bacarıqlı rejissordur. İndiyə qədər kifayət qədər uğurlu işləri olub. "Baş rolda mən" filmi onun ilk böyük işi olacaq. Ssenarini birlikdə yazmışıq. İdeya ondan gəlib, mən bədiiləşdirmişəm. Eyni zamanda böyük sevgiylə yaratdığım obrazlardan birinə çəkilməyimi təklif etdilər, mən də qəbul etdim. İlk çəkiliş gününü mənim üçün çətin keçsə də, oyunumdan razı qaldılar. Ümid edirəm ki, "Baş rolda mən" filmi maraqla izləniləcək və "Azərbaycanda film çəkilmir" deyənlərə yaxşı cavab olacaq. Orxanın var gücü ilə çalışmağı, ən minimum şərtlərlə həvəslə işləməsi məndə böyük inam yaradır".  /kulis.az/

 

bfe680b019dd7548257131c5a4d9668e.jpg

 

acb85240f461bdad393a61e44162e85e.jpg

 

79c07070c701ed81eb02a5b57551ae93.jpg

 

ec4c2c53681b5a86778f1f41c8f5e153.jpg

 

2e1c7bb6f4b07dd9fc505340527b5627.jpg

 

ede2347debc877ac477e13f8e4348320.jpg

 

6385f9ce9342f7e978637a2369fb7114.jpg

Digər Məqalələr