Avanqard

Yazıçı Tofiq Abdin vəfat etdi

25/02/2014

Yazıçı Tofiq Abdin dünən gecə dünyasını dəyişib. Bu barədə Kulis.Az-a mərhumun yaxın dostu Saday Budaqlı məlumat verib.

Qeyd edək ki, Tofiq Məhərrəmoğlu (Abdin) – 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən \"Qobustan\" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin \"Orta doğu\" və \"Yeni Asiya\" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir.

2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.2010-cu ildə \"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi\" fəxri adına layiq görülüb.

Digər Məqalələr