Yazıçı Məmməd Oruc əməliyyat olunub
17/11/2014
Tanınmış yazıçı Məmməd Oruc əməliyyat olunub.
Bu barədə xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca məlumat verib.
O, bildirib ki, M. Oruc hazırda özünü normal hiss edir: “Qorxulu, narahatlığa əsas olan ciddi bir şey yoxdur. Yırtıq əməliyyatı olunub. İndi özünü normal hiss edir. Mən də Səyavuş Məmmədzadə ilə ona baş çəkməyə, hal-əhval tutmağa gəlmişik”.
F.Qoca əlavə edib ki, M. Oruc bu gün xəstəxanadan evə buraxılıb: “Əməliyyat srağagün keçirilib. Görünür, məsləhət olub ki, evə buraxıblar. Həkimlər əməliyyatın nəticəsini qənaətbəxş qiymətləndiriblər. İndi bağda dincəlir”. /APA/