Avanqard

“Yazı” ədəbiyyyat dərgisinin yeni sayı  çapdan çıxıb

20/12/2014

“Yazı” ədəbiyyat dərgisinin 12-ci sayı işıq üzü görüb. Baş redaktorun qeydləri ilə açılan dərginin rubrikaları yenə rəngarəngdir. 

Dərginin ilk böyük bölümü ünlü yazıçı, vandalların əli ilə qətlə yetirilən Rafiq Tağının qətlinin 3-cü ildönümünə həsr olunub.

“Sözümüzün yiyələri” rubrikamızda görkəmli şairimiz Məmməd İsmayılın yeni şeirləri  yer alıb. 

“Bir kitab şeir”də  oxucular Elnaz Eyvazlının,  poeziya bölümündə isə Esmira Məhiqizı, Alik Əlioğlu, Sara Selcan, Əzimzadə, Bəxtiyar Hidayət, Sevinc Elsevər, Gülnar Səma, Ayaz Arabaçı, Nəriman Tolişi, İntiqam Yaşarın  şeirlərini oxuya biləcəklər.

Nəsr bölümündə  Azər Abdulla, Yaşar Bünyad, Narçngül, Günay Səma Şirvanlı, Sabir Zöhramlı və Elkin  Kərimlinin hekayələri, Kənan Hacının “Fironun dəftəri” romanının davamı,  Azad Qaradərəlinin  “Cülyettanın sağ döşünə toxunmaq” romanının  sonu verilmişdir.       

“Yaradıcılıq Emalatxanası” rubrikası BSU Yaradıcılıq Fakültəsinin tələbələrinin yaradıcılıqlarına həsr olunub. Burada Seyran, Xanım,Vüsalə, Nisə, Ülkər, Sərvər, Sevil, Zamiq, Elşad, Vəli, Şəhriyyə, Gültənin yazıları ilə tanış olmaq olar. 

Çevirmə başlığında bu ilin Nobel  ödülçüsü  Patrik Modianonun “Kimiliyi bilinməyən qadınlar” romanı, Mixail Nuaymənin “Mitrdadın kitabı” romanının davamı, A.Çexovun,  İ.Turgenevin, Alber Kamyunun,  Ahmet Yıldızın, Melisa Gülpinarlının yazılar   dərc olunub.

Dramaturgiya bölməsi Samuel Bekketin “Gəliş və gediş” pyesi  ilə açılır.

Güney sovqatı rubrikasında Rza Bərahaninin və Elşən Böyükvəndin yazıları yer alıb.

Esseistika bölümündə Niyazi Mehdinin iri həcmli essesinin əvvəli, “Rakurs” bölümündə Vahid Qazinin yazısı verilib.

“Palirta” bölümündə  məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun yaradıcılığı haqqında  məlumat və  rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında yeni nəşrlərlə və digər yazılarla da tanış olmaq olar.

Dərginin yeni sayını  rayonlarda “Azərmətbuatyayım”  köşklərindən,  Bakıda isə  Kitabevim.az kitab mağazasından  (dəmiryol vağzalı ilə üzbəüz) əldə etmək mümkündür.

Avanqard.net

Digər Məqalələr