Avanqard

“Yazı” ədəbiyyyat dərgisinin yeni sayı çap edilib

11/07/2013

“Yazı” ədəbiyyat dərgisinin 7-ci sayı işıq üzü görüb. Dərgi baş redaktorun qeydləri ilə açılır.
Nəsr bölməsində Savidanın “Rozariya” və Fərhad Yalquzağın “Dumana qarşı” romanları, Şahnaz Kamal, Ülviyyə Tahir, Həmid Piri, Arzu Həmzə, Azad Qaradərəli, Ruqiyyə Səfərinin hekayələri çap olunub.  
“Bir kitab şeir” başlığında İradə Aytelin,  poeziya başlığında isə oxucular Feyziyyə, Sara Selcan, Könül Həsənqulu, Səxavət Sahil, Taleh Eminoğlu, Aytən Nəsibbəyli, Məsumə Əhədin,  Xəzangül və Aybəniz Əliyarlının  şeirlərini oxuya biləcəklər.
“Sözümüzün yiyələri” adı altında Y.V.Çəmənzəminlinin bir hekayəsi və Eldar Baxışın şeirləri oxuculara təqdim olunur. 
Çevirmə başlığında V.Hüqonun,  B.Rasselin, İ.V.Hötenin və R.U.Emersonun, orjinaldan tərcümədə isə Q.Markesin, S.Moemin, Ş.Andersonun əsərləri dərc olunub. 
Dərginin essestika  bölümündə  Niyazi Mehdinin və Rahid Uluselin elmi-fəlsəfi  yazıları yer alıb.   “Palirta” bölümü istedadlı rəssam Fərhad Yalquzağın rəsmlərinə  həsr olunub. 
Dərginin yeni sayında digər yazılarla da tanış olmaq olar. 
“Yazı” dərgisinin yeni sayını  həftənin sonunda  “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür. 
Avanqard.net

Digər Məqalələr