Avanqard

XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?

14/01/2019

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən XVI əsr ingilis səyyahı, tacir və diplomatı Antoni Cenkinson haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə məşhur səyyah və diplomatın həyatı, səyahətləri, I Şah Təhmasiblə görüşü, sonuncu Moskva səfəri və əsərləri barədə maraqlı məlumatlar əksini tapıb.

Antoni Cenkinsonun gündəlik qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri, o cümlədən İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə dəyərli mənbələrdəndir. Onun ilk xarici səfəri “İpəkçi” şirkəti ilə 1546-cı ilin oktyabrında olub. Antoni Cenkinson Suriyaya gedərək 7 il Hələbdə yaşayıb.

Məlumatda diqqət çəkən maraqlı məqamlardan biri məşhur diplomatın 1561-1563-cü illərdəki ekspedisiyası və I Şah Təhmasiblə görüşüdür. O, 1561-1563-cü illərdə Volqa- Xəzər yolu ilə Azərbaycana gəlib, Səfəvi hökmdarı I Şah Təhmasiblə danışıqlar aparıb.

Digər Məqalələr