Avanqard

Xalq şairi Söhrab Tahirin səhhəti pisləşib

17/04/2013

Modern.az saytı Xalq şairi, prezident təqaüdçüsü Söhrab Tahirin səhhəti ilə maraqlanıb. Uzun müddətdir ki, mətbuatdan, ictimai arenadan müvəqqəti də olsa kənarlaşan güneyli şair hazırda səhhətindən çox şikayətlənir. Qəribə teleyə, nisgilli ömür yoluna malik olan Xalq şairi bu gün diqqətdən kənardadır.

Biz Söhrab Tahirdən  müsahibə almaqdan ötrü  onunla çox çətinliklə də olsa, əlaqə saxlaya bildik:

“Oğlum, məmuniyyətlə görüşərdik. Amma səhhətim çox ağırdı. Bu aralarda bir az yaxşılaşmışdım, amma indi əvvəlkindən də pisəm. Gözlərim çox zəifləyib. Ağciyərim də bu tərəfdən imkan vermir. Temperaturum da aşağı düşmür ki, düşmür”-deyə dəyərli yazıçı Modern.az saytına səhhəti barədə danışıb.

Digər Məqalələr