Avanqard

Ülvi Babasoyun “Ədəbiyyatla cənnəti tapmaq” kitabı çap olunub

21/12/2016

Ülvi Babasoyun “Ədəbiyyatla cənnəti tapmaq” kitabı çap olunub. Məlumata görə “Xan” nəşriyyatında çap olunan kitaba müəllifin esseləri daxil edilib.
 
Kitab sevgi, gülüş, ölüm və yaddaşı... ədəbiyyat və həyatla romantizə edir. Müəllif oxucunu postmodern epoxasının esseisti kimi öz rəngli mətn dünyasına dəvət edir. Postmodernizm təkcə ədəbi yox, həm də ruhi vəziyyətdir. Zamanın ruhu, ədəbiyyatın ruhu...
 
Bu kitab mədəni, mifoloji, tarixi, dini və ədəbi mətnlərin kollajıdır. Ədəbiyyat həyata, həyat ədəbiyyata calanır.
 
Kitabın redaktoru Elnarə Akimova, naşir Müşfiq Xandır. /kulis.az/

Digər Məqalələr