Avanqard

“Ulduz”un avqust sayı nəşr olunub

20/08/2021

“Ulduz”un avqust  sayı  Nargisin  “Özüylə söhbəti  və şeirləri”ylə  açılır.
“Müzakirə saatı”nda  “Nizami Gəncəvi və çağdaş ədəbi gənclik”  mövzusunu gənc yazarlar müzakirə edir.
“Yazı masası”nın qonağı şair Səlim Babullaoğludur.
 “Ulduz”un bu sayından “Əli Əmirli – Ustad dərsləri” başlayır.
“Təbriz eli” Nurəddin Muqəddəmin (Aydın Duman) hekayəsini təqdim edir.  
“Nəsr”də  Simran Qədimdir.
 “Şeir vaxtı”nda Xalid Mahmud, Sabir Yusifoğlu, Arzu Hüseyn, Orxan Yaşardır.
 “Tənqid” Elnarə Akimovanın “Modern sənət prinsipləri kontekstində Nizami”, Vaqif Yusiflinin “Ədəbi fraqmentlər: Zərdüşt Şəfini oxuyandan sonra” yazısını təqdim edir.
“Tribuna”da İradə Aytel Rəşad Məcid yaradıcılığından, Bilal Alarlı “Şeirimizin şəhid obrazi – Əkbər Hüseynli”dən yazır.  
“Ulduz”un avqust sayında Mahirə Nağıqızının  Aşıq Ələsgər yaradıcılığından yazısını, Xatirə Rəhimbəyli, Günay Ümid, Süleyman Abdulla, Aləmzar Sadıqqızı, Mütalib Tahiroğlu, Nazilə Gültacın  şeirlərini, İlahm Qəhrəmanın bayatılarını oxuya bilərsiniz.
Nizami Tağısoyun “Abay yaradıcılığı dünya ədəbiyyatşünaslığında və başqa dillərə tərcümə müstəvisində” araşdırması da bu sayda yer alır.
Gülnar Səma “Aysel Xanlarqızının “Darıxan şeirlər”indən söz açır.
“Dərgidə kitab”da “Mirzə əfsanəsi”ylə Ələmdar Cabbarlıdır.  

Digər Məqalələr