Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə kurslar təşkil edir
18/11/2014
Kurslar iki istiqamətdə fəaliyyət göstərir:
1. İxtisasartırma kursları - aşağıdakı dillər üzrə təşkil edilir:
Xarici dil
İxtisasartırma mövzusu
İngilis dili
Bədii və humanitar sahələr üzrə tərcümə
Media
Maliyyə və iqtisadi materialların tərcüməsi
–
Fransız dili
–
Media
–
Rəsmi, hüquqi sənədləşmələr
Alman dili
Bədii və humanitar sahələr üzrə tərcümə
–
–
Rəsmi, hüquqi sənədləşmələr
İtalyan dili
Bədii və humanitar sahələr üzrə tərcümə
Media
Ümumi tibbi materialların tərcüməsi
Rəsmi, hüquqi sənədləşmələr
İspan dili
–
Media
Politologiya sahəsində materialların tərcüməsi
Rəsmi, hüquqi sənədləşmələr
Rus dili
Bədii və humanitar sahələr üzrə tərcümə
–
–
–
Türk dili
Bədii və humanitar sahələr üzrə tərcümə
Rəsmi, hüquqi sənədləşmələr
Fars dili
–
–
–
Rəsmi, hüquqi sənədləşmələr
Ərəb dili
Bədii və humanitar sahələr üzrə tərcümə
–
–
Rəsmi, hüquqi sənədləşmələr
2. Dil kursları - müxtəlif səviyyələr və aşağıdakı dillər üzrə təşkil edilir:
İngilis
Alman
Fransız
İspan
İtalyan
Rus
Türk
Fars
Ərəb
Kurslar 12 yanvar 2015 tarixindən fəaliyyətə başlayır. İxtisasartırma kurslarının müddəti 3 ay, dil kurslarının müddəti 6 aydır. Məşğələlərhəftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Kurslara qəbul qeydiyyatı 22 dekabr 2014 tarixində başa çatır.
Kursların aylıq ödənişi 35 AZN-dir.
Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Kurs rəhbərliyinə təqdim edilməlidir.
Kurslara qeydiyyat üçün müvafiq sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV
Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.
E-mail: [email protected]
Əlaqə telefonu: (+994 12) 595-10-69