Avanqard

Şəms Təbrizinin “Məqalət”i çap olunub

19/09/2016

"Qanun" nəşrlər evində yeni kitab satışa göndərilib. Bu Şəms Təbrizinin “Məqalət” adlı kitabıdır.    

Şəms Təbrizinin “Məqalat (Söhbətlər)” kitabı çox əhəmiyyətli təsəv­vüf mövzularını əhatə edir və eyni zamanda Mövlana Cəlaləddinin qaranlıqda qalmış bəzi yönlərini aydınlığa qovuşdurur. Kitabda Şərqin iki ulu dühası: Mövlana Cəlaləddin və Mövlana Şəmsəddin Təbrizidən söz açılır. Bu iki dahinin yolları bir zaman kеçidində kəsişmişdi. Onlar birləşib insanlığa böyük töhfə vеrdilər.

Şəms Təbrizi Konyaya nə üçün gəlmişdir? Mövlananın normal həyatına öz gəlişi ilə rəng qatan bu insan kimdir?

Buna bənzər bəzi məqamları və məlumatları bu əsərdə tapacağıq.


 

Digər Məqalələr