Avanqard

Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb

05/03/2020

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Mənsurun (1879-1927) əsərlərindən ibarət toplu nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabı transfoneliterasiya və redaktə edib nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun kitabxana və elmi informasiya şöbəsinin böyük işçisi Sona Xəyal və Seyyid Əsridir. Kitabın rəyçiləri institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, kitabxana və elmi informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidir.

Nəşrdə Səməd Mənsurun müxtəlif illərdə qələmə aldığı və sağlığında dövri mətbuat orqanlarında dərc olunmuş şeirləri, felyetonları, pyesləri yer alıb. Həmçinin Əlyazmalar İnstitutunda saxlanılan və şairin çap olunmuş kitablarına düşməyən əsərləri daxil edilib.

Digər Məqalələr