Avanqard

Səlim Babullaoğlunun imza günü

13/06/2013

Tanınmış şair və tərcüməçi Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” şeirlər kitabı çap edilib. Məlumatına görə kitabın təqdimatı və imza günü bu həftənin şənbə günü (15 iyun) saat 14.00 İçərişəhərdə Müasir İncəsənət Mərkəzində keçiriləcək. (Ünvan:  İçəri şəhər, Qüllə küçəsi 15 (Qoşa Qala qapısından  Qız Qalasına gedən yolda, Karvansaraya çatmamış sağ tərəf)  Təqdimatda şairin öz dilindən şeirləri dinlənəcək, oxucuların sualları cavablandıracaq. Bütün maraqlananlar tədbirə dəvət olunur. /kulis.az/

Digər Məqalələr