Şaiq Vəli vəfat etdi
07/02/2013
Tanınmış şair Şaiq Vəli uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində vəfat edib. Bu barədə şairin dostu jurnalist Umud Rəhimoğlu xəbər verib.
Mərhumla vidalaşma mərasimi 7 fevral 13:00-da yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 54 ünvanında keçiriləcək.
Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olan istedadlı şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Şeirləri uzun müddət dövri mətbuatda çap olunub. /kulis.az/